Sərnişinlərin nəzərinə – BNA xəbərdarlıq etdi

Hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a verilən məlumatda sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edib.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilir.