Seroz xəstəsi olan Gəncə sakini özünü öldürüb

Gəncə şəhər sakini özünə kəsici alətlə xəsarət yetirərək öldürüb.

APA-nın Qərb bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Asif Qaraxanov yaşadığı evdə özünə şüşə parçaları ilə xəsarət yetirib.

A. Qaraxanov dərhal Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. Qaraxanov qaraciyər serozundan müalicə alırmış.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Yenicag.az