!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şərq tərəfdaşlığı” sammitində Bəyannamə qəbul olundu

!Reklam – Yazi

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin yekun Bəyannaməsi qəbul olunub.

Yenicag.az xəbər verir ki, bəyannamə “Şərq tərəfdaşlığı” ölkələri və Aİ-yə üzv ölkələrdən olan bütün nümayəndə heyətlərinin rəhbərləri tərəfindən təsdiqlənib.

Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.

Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.

“Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin, lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Aİ-nin güclənmiş rolunu alqışlayır”, – deyə Bəyannamədə vurğulanır.

Qeyd edək ki, sammitdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. (APA)

www.yenicag.az

1838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv