Hindistan təhlükəsizlik qüvvələri şənbə günü şimal-qərbdə yerləşən Racastxan ştatı ərazisində ölkənin hava məkanına daxil olan Pakistana məxsus pilotsuz uçan aparatı (PUA) vurublar.
Yenicag.az xəbər verir ki, bu barədə öz hərbi mənbələrinə istinadən “Hindustan Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hadisə Qanqanaqar dairəsində baş verib. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, bu, Pakistan tərəfindən Hindistana artıq üçüncü PUA göndəmək cəhdidir./Report/