Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Şərqdən Qərbə əsən meh” – Bakıda Nəsimi Şöləni – FOTOLAR/VİDEO

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650, almanların Qafqazda məskunlaşmalarının 200 illiyinə həsr olunmuş “Şərqdən Qərbə əsən meh” adlı musiqili gecə keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutan tədbirdə İmadəddin Nəsiminin alman, eləcə də, Azərbaycan dillərində qəzəlləri səsləndirilib, şairin sözlərinə bəstələnmiş musiqilər ifa edilib. Tədbir Dövlət Televiziyasının Cahangir Cahangirov adına Xor Kapellasının ifasında, Rüfət Ramazanovun Nəsiminin “Ey könül…” qəzəlinə bəstələdiyi romansla başlayıb.

Şərq və Qərb musiqisinin sintez edildiyi gecədə Qara Qarayev, Mendelson, Bax və Şubertin əsərləri səsləndirilib, Azərbaycan xalq çalğı alətləri ansamblı tərəfindən alman xalq mahnısı təqdim olunub. Gecədə beynəlxalq müsabiqələrin laureatı Səbinə Bəylərbəyova, xanəndələr Mütəllim Dəmirov, Səidə Babışova, xalq artisti Mehriban Zəki, əməkdar artistlər İlham Nəzərov, Toğrul Əsədullayev, İslama Abdullayeva və başqa sənətçilər çıxış edib. Musiqili gecə Nəsiminin “Bulmuşam həqqi” qəzəli əsasında hazırlanann eyniadlı kompozisiya ilə yekunlaşıb.

Tədbirdən hazırlanmış videoreportajı təqdim edirik.

Pərviz Mustafa
Aqil Bəkir

www.yenicag.az

2790