Şərqi Azərbaycanda 6 Türkiyə vətəndaşı öldü

Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətində ağır yol qəzası olub.

Avtobusun mikroavtobusla toqquşması nəticəsində mikroavtobusda olan 6 Türkiyə vətəndaşı ölüb, 7 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə hadisəyə səbəb avtobus sürücüsünün yuxulu olması və idarəetməni itirməsi olub.

Yeniçağ.az