!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanan İran tankerinin bütün heyət üzvləri ölüb

!Reklam – Yazi

Şərqi Çin dənizində yanaraq partlayan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri həlak olub.

Yenicag.az-ın məlumatına görə, bu barədə İranın Limanların və Dəniz Gəmiçiliyinin Təşkili İdarəsinin Baş direktoru Məhəmməd Rastad deyib.

Onun sözlərinə görə, baş vermiş yanğını söndürərək, İran dənizçilərini xilas etmək cəhdləri davam edən partlayışlara görə müvəffəqiyətsiz olub.

O bildirib ki, heyət üzvləri tankerin Hong Kongun CF CRYSTAL gəmisi ilə toqquşmasından sonra İran tankerinin bütün üzvləri toksik qazların təsiri və güclü partlayış nəticəsində hadisədən sonra keçən ilk saatlarda həlak olub.

Qeyd edək ki, İran şirkətinə məxsus tankerdə 32 nəfər olub. Onlardan 30-u İran, 2-si isə Banqladeş vətəndaşı idi.

Xatırladaq ki, yanvarın 6-da Panama bayrağı ilə İrandan Cənubi Koreyaya hərəkət edən SANCHI neft tankeri və Honkonqa məxsus yük gəmisi CF CRYISTAL toqquşub. Toqquşma nəticəsində tankerdə yanğın olub və bir neçə gün sonra partlayış baş verib.

www.yenicag.az

1961
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv