“Şərqin Muğam Sədası” festivalı keçirilib – FOTOLAR

“Azərbaycan Mədəniyyəti” sosial platformasının təşkilatçılığı ilə “Şərqin Muğam Sədası” festivalı keçirilib.

Yenicag.az xəbər verir ki, əvvəlcə festival aparacıları ”Azərbaycan Mədəniyyəti” sosial platforması haqqında məlumat verərək bildirdi ki, artıq 4 ildir Nicat Müslümovun rəhbərliyi ilə “Azərbaycan Mədəniyyəti” platforması mədəniyyət incilərimizin, korifeylərimizin, ustadlarmızın, sənətkarlarımızın tanıtımı və təbliğində böyük uğurlar qazanıb. Məqsəd isə həm yerli gənclərə, həm də ölkədən kənarda yaşayan həmvətənlilərimizlə yanaşı əcnəbilərə də Azərbaycan muğamını, mədəniyyətini, incəsənətini sevdirmək və tanıtmaq olub.

Bugün də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizə, incəsənətimizə xususilə muğam sənətinə olan gayğısı danılmazdır.

Festival ifaçıların mahnıları ilə davam edib.

Ülkər Orucova – Getmə, getmə, gəl
Nərmin Mirzəyeva- Qarabağ şikəstəsi
Türkan Səfərova – Qarabağ mahnısı
Günel İsgəndorava- Yaşa Azərbaycan
mahnılarını ifa ediblər.

Festivalın media koordinatoru Nigar İmaməliyeva çıxış edərək, “Azərbaycan Mədəniyyəti” platformasına muğam ilə əlaqədar belə festivalın həyata keçirilməsinə görə, təşəkkürünü bildirərək muğamımızın, mədəniyyətimizin təbliği yolunda uğurlar arzulayıb. Festivalın çox dəyərli, hörmətli qonaqlarından biri də sağlam qidalanma üzrə mütəxəssis, Azərbaycan Türkiyə Qida Təhlükəsizlik İctmai Birliyin sədri Məhsəti xanım Hüseynova olub. Bundan başqa Türkiyədə Bengü Türk Tv-də yayımlanan “Azərbaycan Rüzgarı” programının müəllifi və aparıcısı, ictimai fəal Səidə Ömər də festivalın fəxri qonaqları arasında idi.

Digər fəxri qonaqlarımız içərisində hər zaman həm sosial, həm siyasi müstəvidə öz sözünü demiş ictimai-siyasi fəal jurnalistlərdən Azxeber.com saytının təsisçilərindən Əfsələddin Ağalarov və Hacıbəy Heydərli, “Yeni Çağ Media” Qrupunun direktoru Aqil Ələsgər və İslahatçı Gənclər İctimai Birliyinin sədri, eyni zamanda Editor.az saytının Baş redaktoru Farid Şahbazlı və “Azərbaycan Mədəniyyəti” platformasının media rəhbəri Fidan Oruc Əliyeva da iştirak edirdi. Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova da festivala qatılan qonaqlar arasında yer alıb.

“Şərqin Muğam Sədası” adlı beynəlxalq festivalda bir neçə ölkələrdən əcnəbi vətəndaşlar, çox dəyərli qonaqlar və dəyərli jurnalistlər də iştirak edib. Çexiyadan olan fəxri qonaq Sabina xanım Vankova Azərbaycan musiqisinə, muğamla sevgisini ifadə edərək, layihə rəhbərinə təşəkkürünü bildirib. Növbəti fəxri qonaq isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi Mirvari xanım Fətəliyeva olub. Mirvari xanım da platforma rəhbəri Nicat bəyə təşəbbüsə görə, minnətdarlığını bildirərək “Şərqin Muğam Sədası” festivalının təşkil olunmasını yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, festival iki dildə – Azərbaycan və İngilis dillərində təşkil olunub. “Şərqin Muğam Sədası” festivalında Türkiyə, Pakistan, ABŞ və digər xarici ölkələrdən dəvətlilər qoşulub.