49 yaşlı qadın öz odeyalı ilə rəsmi nikaha girməyə hazırlaşır.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Devonşir qraflığında yaşayan 49 yaşlı Paskal Sellik özünün yun odeyalı ilə “evlənir”.
Odeyalla nikah mərasimini fevralın 10-na təyin edən qadın bu “izdivac”dan xoşbəxt olacağını deyib:
“Odeyal hər zaman lazım olanda köməyimə gəlib, məni qoruyub və əla qucaqlaşır. Onu çox sevirəm və insanları nikah mərasiminə dəvət edirəm”.