Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Yenicag.az-ın məlumatına görə, brifinqdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Baş Dövlət Yol Poliso İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev jurnalistləri maraqlandıran suallara cavab verir.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 5 iyul saat 06:00-dək tətbiq ediləcək.