Sərt karantin rejimi tətbiq olunur – Bu tarixdən…

“Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir”.

Yenicag.az xəbər verir ki, bu fikirlər Baş Nazir Əli Əsədovun müraciətində yer alıb.

“Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, – deyə müraciətdə bildirilib.