Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılarsa… – AÇIQLAMA

Peyvəndlərlə bağlı müxtəlif araşdırmalar aparılır.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycan bu araşdırmaları yaxından izləyir: “Tədqiqatlarda iştirak edən şəxslərlə fikir mübadiləsi aparılır. Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə Azərbaycan Respublikası tərəfindən onun alınması, vətandaşlara çatdırılması üçün işlər görüləcək. Bununla bağlı Operativ Qərargahın tərkibində xüsusi əməkdaşlar var”.