Sertifikatlaşdırmadan keçən 55 min müəllim əməkhaqqısını artımla alır

Cari ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24 050, uğur qazananların sayı isə 20 224 nəfər olub.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb./apa