!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şərtlərin icrası mümkün deyilsə, deməli, qanunun tələblərinə tabe olmaq lazımdır” – Partiya sədri

!Reklam – Yazi

“Daha neçə partiyanın siyasi səhnədən çəkiləcəyini söyləmək həm çətindir, həm də etik deyil”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” qanuna uyğunlaşmaqda çətinlik çəkərək öz fəaliyyətini dayandıran siyasi təşkilatların sayının artmasına münasibət bildirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıya çıxan çətinliklərə baxmayaraq, yeni qanunun müddəaları yerinə yetirilməlidir:

“Bəli, biz də həm təşkilati kanallarımız, həm də mətbuat vasitəsilə artıq bir neçə partiyanın öz fəaliyyətini dayandırdığını öyrənmişik. Prosesin gedişində siyasi səhnədən daha neçə partiyanın çəkiləcəyini söyləmək həm çətindir, həm də etik deyil.

Amma bildiyiniz kimi, yeni qanun təsdiqlənib və siyasi partiyaların onun tələblərinə uyğunlaşmaları məcburi xarakter daşıyır. Müşahidələrimiz də göstərir ki, bir çox partiyalar bu istiqamətdə işlərini davam etdirməkdədirlər. O cümlədən bizim partiyanın fəaliyyəti də, əsasən, bu yöndədir.

Əlbəttə, fəaliyyətlərini dayandıran partiyaların bu addımları təəssüf doğurur. Digər tərəfdən, onların bu qərarlarının optimal olduğu da qeyd edilməlidir. Çünki şərtlərin icrası mümkün deyilsə, deməli, qanunun tələblərinə tabe olmaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv