Şərurda avtomobil 38 yaşlı kişini vuraraq öldürdü

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında baş verib.

Hadisə nəticəsində piyada, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

COP29