Şərurda yanğın oldu

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Danyeri kəndində meyvə bağında və yaxınlıqda biçilmiş taxıl sahəsində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində 6000 m² quru otluq sahə və 10 ədəd ağac yanıb, 17000 m² sahə isə yanğından mühafizə olunub.

COP29