Zəlzələdən zərər çəkənlər üçün köhnə maşını ilə yardım daşıyan Sərvər Bəşirli Əminə Ərdoğanın verdiyi iftar süfrəsində iştirak edib.
Yenicag.az xəbər verir ki, bu barədə Birinci xanım “Tvitter”də paylaşım edib.
İftar süfrəsində zəlzələ zamanı könüllü köməklik göstərən şəxslər iştirak edib.
Qeyd edək ki, Sərvər Bəşirli Türkiyyədə zəlzələdən zərər çəkənlər üçün köhnə maşını ilə yardım daşıması ilə sosial mediada məşhurlaşmışdı.