Sərvəti 300 milyard dolları keçən İLK ŞƏXS

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask dünyada varidatı 300 milyard dolları keçən ilk şəxs olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Bildirilib ki, oktyabrın 28-də Maskın sərvəti 302 milyard dollara, oktyabrın 30-da isə 311 milyard dollara çatıb.

Maskın gəlirinin artmasının əsas səbəbi “Tesla” səhmlərinin dəyər qazanmasıdır.

“Amazon”un qurucusu Ceff Bezos 194,2 milyard dollarla ikinci, “Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernar Arno isə 189,9 milyard dollarla 3-cü yerdə qərarlaşıb.