!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sərxan Kərəmoğlu hədələdi: “Yanımda “qrex”in var, açıb danışsam…”

!Reklam – Yazi

Tanınmış aparıcı Sərxan Kərəmoğlu küsülü həmkarlarına ismarış göndərib.

Yenicag.az-a açıqlama verən Kərəmoğlu onlarla heç vaxt barışmayacağını bildirib:

“Küsülü olduğum 5-6 müğənni var. Onların arasında qadın da var, kişi müğənnilər də. Kişi deyəndə ki, adları kişidir. Qiyamətə qədər onları danışdırmaram. Çünki danışdırsam, özümü alçalmış hiss edərəm. İstəmirəm də ki, onlar qıl körpüsünün yanında dayanıb məni gözləsinlər və soruşsunlar ki, niyə bizimlə barışmadın? Onlarla eyni toy məclislərində də oluram. Lap eyni masa arxasında da oturaram, lakin barışıq söhbəti ola bilməz”.

Aparıcı küsülülüyün səbəbini də açıqlayıb:

“Məni təhqir ediblər və qəlbim qırılıb. Qəlb qırmaq qədər ağır günah ola bilməz. Söz yox ki, məni təhqir edən adamların cavablarını da vermişəm. Bu gün o adamların çoxu sosial şəbəkə üzərindən, ya elə görəndə şirinlik edir, barışıq üçün cəhd göstərir, söz atır. Lakin xeyri yoxdur. Özləri də bilir ki, barışıq mümkünsüzdür. Mən kinli deyiləm, amma qəlbim qırılıb. Mən qəlb qırmağı sevmirəm. Hamısının yanımda “qrex”i olmasına baxmayaraq, açıb-danışsam, mənə yaraşmaz”.

Cəvahir

www.yenicag.az

4707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv