Sərxan Kərəmoğlu və Ramil Nabranlı “döyüş”ü davam edir: “Mənsurun qisasını alacam”

“Maşın Şou”da bu gün səsverməyə Sərxan Kərəmoğlu çıxarılıb.

Yenicag.az xəbər verir ki, izləyicilərdən səs istəyən Sərxan Mənsurun qisasını almağı hədəflədiyini bildirib:

“Mənsura halal olsun. Ona tərbiyə verən ailəyə qurban olum. Çox tərbiyəli övlad böyüdüblər. Mən şouda qalsam Mənsurun qisasını alacam. Hər kəsdən səs istəyirəm”.

Ramil Nabranlı isə, bu sözlərə sərt reaksiya verərək, bunu Sərxan tərəfindən uydurulmuş yeni bir oyun kimi qiymətləndirib.

Qeyd edək ki, Murad Dadaşov “Mənsurun qisasını almaq üçün kimi çıxaracaqsan?” deyə sual verib. Hədəfini açıqlamayan Sərxan hədəfini sonda açıqlayacağını bildirib.

Tərəflər arasında qarşıdurma yaşanıb.

COP29