Sərxan Kərəmoğludan SƏRT İTTİHAM: “Efirə çıxıb kişilikdən, namusdan danışırlar, amma…”

“Azərbaycanda “A klass” müğənnilərdən biri Zeynəb Xanlarova, Fidan Qasımovadır, onları toya apara bilərsən?”

Yenicag.az xəbər verir ki, bu sözləri aktyor, müğənni, şoumen Sərxan Kərəmoğlu “Xəbərin var?” verilişində deyib.

Şoumen qalmaqallı açıqlaması ilə şou biznesin gündəmini bir-birinə vurub.

““A klass” müğənnilər gedib toyda oxumurlar. Özlərini “A klass” hesab edənlərin nə keçmişləri bir keçmişdir, nə indiləri bir indidir. Sadəcə olaraq, özlərini “A klass” kimi göstəriblər. Azərbaycanda “A klass” müğənnilərdən biri Zeynəb Xanlarova, Fidan Qasımovadır, onları toya apara bilərsən?

“A klass” müğənniyəm, deyib 10 minə toya gedir, gözü də qonağın əlindədir ki, görüm, çıxarıb buna nə verəcək? Efirə çıxıb kişilikdən, namusdan danışırlar, mənəm-mənəm, camaata ağıl verirlər, amma toyda göz oynayır ki, görüm, kim gəlib, bunun əlinə pul verəcək. 10 min alır, yenə yenə də gözü əldədir”.

Nehru

COP29