Jordi Alba mövsümün sonunda “Barselona”nı tərk edəcək.
Yenicag.az İspan insayder Jerar Romeronun yaydığı məlumata görə bildirir ki, o, müqaviləsində nəzərdə tutulanın əksinə olaraq 2024-cü ilin yayına qədər Kataloniya klubunda qalmayacaq.
Gün ərzində “Barsa”nın ayrılığı açıqlayacağı bildirilir.
Alba 2011-ci ildən Kataloniya klubunda çıxış edir.
Qeyd edək ki, daha əvvəl Serxio Busketsin mövsümün sonunda “Barselona”nı tərk edəcəyi açıqlanıb.