“Hamı mənim şəhər treklərini nə qədər sevdiyimi bilir. Ona görə də məqsədim dəyişməz olaraq qalır. Hədəf qalib gəlməkdir”.
Yenicag.az xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” pilotu Serxio Peres Azərbaycan Qran-prisi ilə bağlı “Checkered Flag” nəşrinə danışarkən deyib.
33 yaşlı sürücü ötən mövsüm Bakıda yaxşı nəticə göstərdiklərini bildirib:
“Yeni həftəsonu formatı işləri bir az çətinləşdirəcək. Lakin bütün komandalar üçün eyni vəziyyətdir. Bu səbəbdən, sadəcə, Qran-priyə yaxşı start verməliyik. Yenidən sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, bu gün “Formula-1”də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Bakıda əsas yarış aprelin 30-da baş tutacaq.