Sərxoş çıxan ayıq sürücü ilə bağlı şirkətdən açıqlama – VİDEO

Taksi şirkətindən çağırılan ayıq sürücünün sərxoş olması ilə bağlı açıqlama verilib.

Vətəndaş Tural Hüseynov xezerxeber.az-a bildirib ki, sürücünün içkili olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb.

Paytaxt sakini qeyd edib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir.

Məsələ ilə bağlı sözügedən taksi şirkətindən bildirilib ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir.

Belə ki, şirkətin müştəriyə təyin etdiyi sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si işləmək üçün yerinə Fərid adlı dostunu göndərib.

“Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir”, – deyə şirkətin nümayəndəsi bildirib.

Ətraflı süjetdə:

COP29