Polis polkovniki işdən çıxarılıb.
Yenicag.az-ın Lent.az-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.
V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı.