!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş qadın sürücü polisi təhqir etdi – Video

!Reklam – Yazi

img206Gecə Bakının Səbail rayonu Neftçilər prospektində yol hərəkəti qaydalarını kobud surətdə pozan xanım sürücü yol patrul xidmətinin əməkdaşlarına çətin anlar yaşadıb.

Yenicag.az ANS TV-yə istinadən xəbər verir ki, yol polisinin “Saxla!” əmrinə tabe olan sürücü ilk olaraq avtomobildən düşmək istəməyib. Daha sonra sərxoşluğunun müəyyən edilməsi üçün məntəqəyə aparılmağa razılıq verən xanım burada, nədənsə, polis əməkdaşlarını təhqir edərək fikrini dəyişdirib.

Yanında ailəsi və azyaşlı övladları olan və sərxoş halda sükan arxasına əyləşən xanım sürücü həkim müayinəsindən imtina etdi. Qaçaraq ərazidən uzaqlaşmağa çalışan sərxoş xanım ANS əməkdaşının suallarını da cavabsız qoyub.

Azyaşlı övladları ilə birlikdə ilk olaraq avtomobilini ələk-vələk etməyə başlayan xanım sürücü daha sonra isə ərazidən qaçıb. Bu zaman onun yanında əvvəl sərnişin kimi əyləşən orta yaşlı bir kişi isə avtomobili ərazidən qaçırmaq istəyib. Buna Yol Patrul Xidmətinin əməkdaşları mane olublar.

Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı saxlanılan xanım sürücünün ad və soyadının Vüsalə Hətəmova olduğu məlum olub. Müayinədən keçməməsinə baxmayaraq, onun inzibati məsuliyyətə cəlb ediləcəyi bildirilib.

Bir neçə dəqiqədən sonra tərk edilərək ərazidən buraxılan avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparıldı.

Qeyd edək ki, analoji hadisə Bakıda ilk dəfə baş vermir.

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv