Sərxoş şəxslər bank ödənişi edə və SMS göndərə bilməyəcəklər

“Gree Electronics” smartfonlar üçün “sərxoşluq rejimi” hazırlayıb.

Yenicag.az “MyDrivers” Çin Patent Bürosunun yaydığı məlumata istinadən xəbər verir ki, bu tətbiq sahibini sərxoş vəziyyətdə düşüncəsiz hərəkətlərdən qorumaq üçün nəzərdə tutulub.

Bu rejim istifadəçini içkili vəziyyətdə SMS göndərməkdən və ya bank tətbiqetmələri vasitəsilə ödəmələrdən qoruyur.

Sərxoşluq rejimi mexaniki qaydada aktivləşdirilir. Açdıqdan sonra telefonda əvvəlcədən seçilə bilən müəyyən funksiyalar bloklanır.

Tətbiqlərin normal fəaliyyətinə qayıtmaq üçün istifadəçi bir növ “ayıqlıq testi”ndən keçməlidir.