!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş sürücü qəza törətdi, öldü

!Reklam – Yazi

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Adnalı kənd sakini, 1960-ci il təvəllüdlü Füzuli Saran oğlu Qubadov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb və nəticədə baş nahiyəsindən aldığı ağır xəsarətlərdən ölüb.

F.Qubadov Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisidir. İlkin məlumatlara görə, o, avtomobili idarə edən zaman sərxoş olub.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

1460
Ads
www.veteninfo.com
!Reklam – Arxiv