!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“SƏS” qəzetinin 25 yaşı tamam oldu YUBİLEY

!Reklam – Yazi

siaphoto_522583Bu gün müstəqil Azərbaycanın ilk mətbuat orqanlarından olan “Səs” qəzetinin 25 yaşı tamam olur. “Səs” 1990-1993-cü illərdə, ölkədə ictimai-siyasi durumun gərgin vəziyyətdə olduğu və güclü senzuranın mövcud olduğu dövrdə fəaliyyətə başlayıb.

“Səs” qəzeti olduqca mürəkkəb bir tarixi dövrdə həyata vəsiqə alıb. Belə bir dövrdə araya-ərsəyə gələn “SƏS” qəzetinin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhz o olub ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini öz səhifələrinə gətirməklə, Azərbaycan xalq hərəkatında və milli-azadlıq hərəkatında fikir plüralizmini, söz və düşüncə azadlığını təmin edib.

“Səs” qəzeti Azərbaycansevərlərin səsini, azadfikirli, sağlam düşünən ziyalıların səsini xalqa çatdırıb. Ən başlıcası isə “SƏS” qəzeti cəsarətlə, təqib və təzyiqlərdən çəkinmədən, əsl milli mətbuat təəssübkeşliyi ilə nəşr olunmağa başlayıb. Bunun da nəticəsi idi ki, 1991, 1992, 1993-cü illərdə qəzetə qarşı o dövrkü hakimiyyət dairələri, ayrı-ayrı siyasi qüvvələr tərəfindən dəfələrlə basqılar, təzyiqlər, hücumlar edilirdi. “Səs” qəzeti müstəqil yönümlü idi, fikir plüralizmini, söz və düşüncə azadlığını ortaya qoymuşdu, Azərbaycan həqiqətlərini yazırdı, xalqın səsinə, harayına səs verirdi, onun mənafeyini ifadə edirdi. Milli azadlıq mübarizəsinin həqiqi mahiyyətinin ortaya çıxmasında və sağlam bünövrə üzərində müstəqillik ideyalarının insanlarımız arasında geniş yayılmasında qəzetin müstəsna xidmətləri var. “Səs” qəzetinin Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və əzəmətli xidmətlərindən biri də Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyətinin və ideyalarının Azərbaycan vətəndaşları arasında geniş şəkildə yayılması ilə bilavasitə əlaqədardır. Bunun nəticəsi idi ki, ölkə ziyalıları, sağlam düşüncə sahibləri o illərdə Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan, fəlakət və tənəzzüldən xilas etmək üçün 1992-ci ilin oktyabr ayında “Səs” qəzeti vasitəsilə xalqımızın yeganə ümid yeri olan Ümummilli Liderimiz Heydər Əliyevə müraciət etdilər. Fərəhləndirici haldır ki, Ümummilli Liderimiz Heydər Əliyevin ziyalılara ünvanladığı cavab da, məhz “Səs” qəzetində dərc olundu.

Qəzetə 1993-2005-ci illərdə Ağabəy Əsgərov baş redaktorluq edib. 2005-ci il mayın 1-dən “SƏS” qəzeti Bəhruz Quliyevin rəhbərliyi altında nəşr olunur.

Qeyd edək ki, Əlincə Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış qəzet bu gün də ənənəvi olaraq, Yeni Azərbaycan Partiyasının ideyalarını təbliğ edir. 2008-ci ilin avqustunda bu nəşrə tabe olan Səs İnformasiya Agentliyi (SİA) yaradılıb. Qəzetin həmçinin “Səs” İnternet Televiziyası da fəaliyyət göstərir. “SƏS” artıq bir Media Qrup kimi çoxminli Azərbaycan mediası arasında geniş populyarlığa malikdir.

www.yenicag.az

1261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv