Səs sürətini aşan ilk insan öldü – VİDEO

14:06

Tarixdə səs sürətini keçən ilk insan kimi tarixə düşən amerikalı Çak Yeqer vəfat edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru, səs sürətini keçmiş ilk insan Çak Yeqer 97 yaşında dünyasını dəyişib.

İkinci Dünya Müharibəsi dövründə ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən və daha sonra burada sınaqçı-pilotu kimi fəaliyyət göstərən Çak Yeqer 14 oktyabr 1947-ci ildə raketlərlə təchiz edilmiş Bell X-1 təyyarəsini test edərkən, səs sürətini keçib. Bununla da o, səs sürətini aşan ilk insan olaraq tarixə düşüb.