!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səsinizə sahib çıxmaq Prezidentə dəstəkdir, səsinizin oğurlanmasına imkan verməyin” – İsmayıl Ağayev

!Reklam – Yazi

12140620_10204026107447970_2712918388097769407_n60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Beynəlxalq Diaspora Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqressinin Azərbaycan Nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizəd Salyanın Qarabağlı, Parçaxalac, Pambıq, Kürsəngi və Xalac kəndlərində seçicilərlə görüşüb.

Görüşlərdə iştirak edən deputatlığa namizədin vəkilləri şair, AYB-nin üzvü Ənvər Əhməd, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri, akademik Natiq Bədəlov, 20 Yanvar əlili Arif Məhərrəmov,  pedaqoq Gülayə Tağıyeva, iş adamı Azər Ağayev, Qarabağ qazisi Səfər Qurbanov, İsgəndər Cəfərov çıxış edərək deputatlığa namizədin platforması haqqında, onun keçdiyi həyat yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı seçicilərə məlumat veriblər.

Kəndlərdə yüksək coşqu ilə qarşılanan deputatlığa namizədə həmin kəndlərin ağsaqqalları da dəstək nümayiş etdiriblər. Kənd sakinləri adından çıxış edən ağsaqqallar İsmayıl Ağayevə xeyir-dua verərək, onun layiqli namizəd olduğunu qeyd edib və hamını ona səs verməyə çağırıblar.  Ağsaqqallar sakinlərin heç nədən və heç kimdən qorxmamalarını, öz istədikləri layiqli namizədə səs vermələrini rica ediblər.

Sonda çıxış edən namizəd İsmayıl Ağayev bildirib ki, o daim seçicilərinin problemlərini, onları narahat edən məsələləri diqqət mərkəzində saxlayaraq, problemlərin həlli üçün əlindən gələni edəcəyinə və parlamentdə onların səsi olacağına söz verib: “Heç kimdən qorxmayın, səsinizi çıxarın ki, səsinizə səs versinlər. Salyan mənim üçün doğma yerdir. Burada mənim Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilmiş yerlilərim, qohum-əqrəbam məskunlaşıb. Mən sizlərin qarşısında seçki platformamda hansı vədləri vermişəmsə, sizi hansı problemlər narahat edirsə, xüsusilə şəhid və aztəminatlı ailələrin, müharibə veteranlarının, qadın və uşaqların problemlərini öz şəxsi problemim bilərək onların həlli üçün çalışacağıma söz verirəm”.

“Bu gün Azərbaycan Prezidenti ölkəmizin inkişafı üçün çalışır. Seçkilərə gəlib iştirak etmək, haqqı olana səs vermək və səsinin arxasında olmaq cənab İlham Əliyevə dəstəkdir. Siz imkan verməyin ki, bəzi insanlar öz şəxsi maraqlarını dövlət marağından üstün tutsunlar. Öz şəxsi maraqları üçün dövlətimizin imicinə zərbə vursunlar” – deyə, İ.Ağayev bildirib.

İsmayıl Ağayev çıxışında bildirib ki, “Salyanın ən böyük sərvətinin onun insanlarıdır”.

Yüzlərlə kənd sakininin iştirak etdiyi görüşlərin sonunda İsmayıl Ağayevin ictimai-siyasi fəaliyyəti haqda film nümayiş olunub.

IMG_0920 IMG_0985 12109098_1502856466706949_6553644596334390307_n (1) 12109098_1502856466706949_6553644596334390307_n 12124495_1724719067750339_1542949779_o 12169598_1724719021083677_1517709294_o 12170981_1724719064417006_833827965_o 12171058_1725089987713247_551882904_o 12171930_1725090634379849_892012690_o IMG_0240 IMG_0286 IMG_0395

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv