!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səsvermə başa çatdı

!Reklam – Yazi

Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb.

Yenicag.az-ın məlumatına görə, saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb.

Saat 17:00-a olan məlumata görə, Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən 2 389 754 seçici səs verib. Seçici fəallığı 44.84 faiz təşkil edib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv