!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səsvermə başa çatdı

!Reklam – Yazi

Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Yenicag.az xəbər verir ki, səsvermə bu gün səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da yekunlaşıb. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 məntəqəni əhatə edib.

Qeyd edək ki, səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfər idi. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 namizədin adı daxil edilib. Bundan əlavə, 5 milyon 20 min 287 seçki bülleteni çap olunub. Seçkilərdə 13 siyasi partiyanın üzvləri mübarizə aparıb.

Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfər olub. Həmçinin 17 beynəlxalq müşahidəçi seçkiləri izləyib.

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv