!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səsvermə bitənə qədər “sükut”a riayət etməliyik” - Bakıdan baxış

!Reklam – Yazi

“Yayılan məlumatlar səsvermə prosesinin hələ ki, insidentsiz davam etdiyini göstərib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermənin gedişini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Şahinoğlunun sözlərinə görə, səsvermə başa çatmayana qədər prosesə qəti qiymət vermək doğru olmazdı:

“Müşahidələr və yayılan məlumatlar bunu göstərir ki, Türkiyədə səsvermə normal axarda davam edir, hər hansı insident qeydə alınmayıb. Bu, əlbəttə ki, çox müsbət məqamdır.

Ancaq bəlli qrupların müəyyən provakasiyalara əl atacağı gözlənilirdi və dünən Ankarada təxribatçıların zərərsizləşdirilməsi təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu söyləməyə əsas verir.

Səsvermə davam etdiyi üçün əlavə şərh verməyə ehtiyac görmürəm. Hər halda, səsvermə bitənə qədər “sükut”a riayət etməliyik. Bundan sonra açıqlanan məlumatlar əsasında dəyərləndimə aparmaq olar”.

A.Zeynalov

www.yenicag.az

1985
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv