Belarus prezidenti Aleksandr Lukaşenko parlament seçkilərində səs verib.
Yenicag.az xəbər verir ki, Lukaşenko Minskdə 506 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Təntənəli şəkildə qarşılanan prezidentə əvvəlcə gül dəstələri verilib. Daha sonra şəxsiyyət vəsiqəsini təqdim edən Lukaşenko seçici siyahısında yoxlanışdan sonra səs verib.
Lukaşenko daha sonra jurnalistlərə açıqlama verərək deyib:
“Növbəti prezident seçkiləri 2020-ci ilin yayında keçiriləcək. Növbəti dəfə prezidentliyə namizədliyimi irəli sürəcəyəm”.
Qeyd edək ki, Aleksandr Lukaşenko Belarusa 1994-cü ildən prezidentlik edir. Növbəti seçki Lukaşenko üçün 6-cı olacaq.