Səsverməyə gələn 1 FETÖ-çu və 1 PKK-çı tutulub – Kamera görüntüsü

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu gün keçirilən referendum zamanı asayişin yüksək səviyyədə təmin edildiyini açıqlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, daxili işlər naziri Süleyman Soylu axtarışda olan 2 nəfərin səsvermə zamanı yaxalandığını bildirib.
Onun sözlərinə görə, tutulanlardan biri FETÖ-çu, digəri isə PKK-çıdır. Onlar seçki məntəqələrində quraşdırılmış kameraların canlı müşahidəsi zamanı müəyyən edilərək, həbs olunublar.

Yeniçağ.Az

COP29