Səsverməyə Osmanlı geyimində gəldilər: referendumda ilginc olay – Fotolar

Fransanın Strasburq şəhərində Türkiyə vətəndaşları üçün yaradılmış seçki məntəqəsində səsverməyə gələn bir qrup seçici öz geyimləri ilə hər kəsi təəccübləndirdilər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, seçki məntəqəsinə tarixi Osmanlı geyimləri ilə gələn seçicilər hamının diqqətini cəlb ediblər. Məntəqədəki CHP və HDP təmsilçiləri bu geyimlərə etirazlarını bildirsələr də, onların narazılığı vəziyyəti dəyişməyib.

Osmanlı geyimlərində səs verən vətəndaşlar Fransa qanunlarına hörmət etdiklərini deyərək, öz tarixlərini və milli ənənələrini heç vaxt unutmadıqlarını bildirblər.

Yeniçağ.Az