!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı 30 milyard dollarlıq müqavilə imzaladı

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı ilə Cənubi Koreya arasında enerji, dəmir yolu, kimya, əczaçılıq və oyun sektorlarında ümumilikdə 30 milyard dollar dəyərində 20-dən çox müqavilə imzalanıb.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, “Korea Electric Power” və digər dörd Koreya şirkəti Səudiyyə Dövlət İnvestisiya Fondu ilə hidrogen və ammonyak istehsalı zavodunun tikintisi və istismarı üçün anlaşma memorandumu imzalayıb.

Zavodun 2025-2029-cu illər ərzində tikiləcəyi və 20 il fəaliyyət göstərəcəyi gözlənilir.

“Korea Electric Power” tərəfindən açıqlanan məlumata görə, ildə 1,2 milyon ton yaşıl hidrogen və ammonyak istehsal edəcək. Layihənin dəyəri 6,5 milyard dollar təşkil edir.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının NEOM iqtisadi zonasında 500 milyard dollar dəyərində olan dəmir yolu layihəsi üzrə əməkdaşlıq ediləcək. Layihənin dəyəri isə hələ açıqlanmayıb.

Müqavilələrə əsasən, “Saudi Venture Capital Company” yeddi xüsusi fond yaradacaq.

Gülşən

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv