Səudiyyə Ərəbistanı hökuməti şok qərar qəbul edib.
Yeniçağ.Az xəbər verir ki, 11 sentyabr 2001-ci Nyu-Yorkda baş vermiş terror hücumlarına görə, Səudiyyə Ərəbistanına qarşı məhkəmə prosesi başlamağa icazə verən qanun layihəsinin Konqresdə qəbul edilməsi və bu layihənin tərəfdarı Trampın ABŞ prezidenti seçilməsindən sonra Ər-Riyad ABŞ-a yatırdığı investisiyaları dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, 11 sentyabr hücumlarının təşkilatçılarının içərisində Səudiyyə vətəndaşlarının olması ABŞ-ın siyasi dairələrində bu ölkəyə qarşı münasibəti dəyişmişdi. Səudiyyə milyarderlərinin ABŞ-dakı sərmayəsinin həcminin isə 1 trilyon dollardan çox olduğu bildirilir.
Ər-Riyad hökuməti son zamanlarda bir sıra Qərb media orqanlarında dərc olunan Səudiyyənin, Katarın və Küveytin radikal islamçı qruplara maliyyə dəstəyi verməsi haqdakı iddiaları isə qəti şəkildə rədd edib.
Yeniçağ.Az