Səudiyyə Ərəbistanı başçılıq etdiyi koalisiya təyyarələrinin Amerika hərbçilərinin köməkliyi ilə havada yanacaqla doldurulmasından imtina edib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Səudiyyə informasiya agentliyi məlumat yayıb.
“Səudiyyə Ərəbistanı Krallığı və koalisiya dövlətlərinin öz hərbi potensiallarının inkişafı və möhkəmləndirilməsi üzrə səyləri sayəsində havada özünü yanacaqla təmin etmək imkanlarını artırmaq mümkün oldu. Bunu nəzərə alaraq və ABŞ-la məsləhətləşmələrdən sonra koalisiya Amerika tərəfindən Yəməndə təyyarələri havada yanacaqla təmin etmək üçün öz hava gəmilərini göndərməyi dayandırmasını xahiş edir”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, ABŞ öz növbəsində bu xahişi dəstəkləyib.