Səudiyyə Ərəbistanı Berlindəki səfirini geri çağırdı

Səudiyyə Ərəbistanı Almaniya xarici işlər naziri Ziqmar Qabrielin açıqlamalarından sonra Berlin səfirini geri çağırıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Livan baş naziri Həririnin istefasında Səudiyyə Ərəbistanını günahlandırıb. Səudiyyəyə qarşı sərt ittihamlar irəli sürən nazirin çıxışına cavab gecikməyib. Rəsmilər alman nazirin açıqlamalarını təəccüblə qarşıladıqlarını bildiriblər. Bundan sonra səfir təcili geri çağırılıb.

COP29