!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı çökür? – 3 ildə 250 milyard dollar  

!Reklam – Yazi

Səudiyyə Ərəbistanın Mərkəzi bankı qismində çıxış edən Maliyyə Agentliyi son 6 ilin ən aşağı göstəricisiylə sarsılıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb. Maliyyə Agentliyinin dərc etdiyi hesabata əsasən, ölkənin maliyyə göstəricilərində ardıcıl olaraq 14 aydır ki eniş var. 2017-ci ilin iyul ayına olan göstəricilərdə Səudiyyə Ərəbistanının büdcəsi 1,91 trilyon Səudiyyə rialına (509 milyard dollar) bərabər olub. Bu isə son altı ilin ən aşağı göstəricisidir. Statistikaya nəzər salsaq, ötən illə müqayisədə ölkə büdcəsində 12,4% azalma müşahidə olunub. Rəsmi rəqəmlərə görə, Səudiyyə Ərəbistanının Maliyyə Agentliyi 932 milyard Səudiyyə rialı (249 milyard dollar) həcmində ziyana uğrayıb.

Agentliyin məlumatına əsasən, bu itkinin başlıca qaynağı neft qiymətlərindəki ucuzlaşma, eləcə də xarici investisiya məqsədli əmlakların dəyərində 10 faizlik azalmadır. Bundan əlavə, Yəməndəki müharibə də ölkəyə maddi baxımdan təsirsiz ötüşməyib.

İqtisadçı Nihad İsmayıl “Middle East Eye”a açıqlamasında maliyyə azalmasına bir sıra faktorların təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, başlıca səbəblər neft qiymətlərindəki ucuzlaşma, Yəməndəki müharibə ilə Qətərə tətbiq edilən embarqonun yol açdığı geosiyasi gərginlikdir.

İqtisadçı qeyd edib ki, hər il yalnız Yəməndə baş verən müharibəyə görə Səudiyyə Ərəbistanının xəzinəsindən 600 milyon dollar pul sərf olunur.

Bloomberg agentliyinin təqdim etdiyi proqnozlara əsasən, iyun ayında Qətər böhranı başladıqdan indiyə qədər Səudiyyə Ərəbistanı 22 milyard dollar itirib.

Yenicag.az

www.yenicag.az

1265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv