Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa başlayıb.
Yenicag.az OilGas.az -a istinadən xəbər verir ki, ölkədə neft hasilatının ümumi həcmi ilə müqayisədə artım çox da nəzərə çarpan deyil. Lakin nəhəng neft hasilatçıları koalisiyasına liderlik edən Ər-Riyadın son 2 ildə hasilatın həcmini azaltdıqdan sonra anidən belə bir addım atması bazarda birmənalı qarşılanmayıb.
Ekspertlər Səudiyyə Ərəbistanında hasilatın artırılmasından sonra neft qiymətlərinin ucuzlaşa biləcəyini proqnozlaşdırıblar.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ hökuməti Səudiyyə Ərəbistanı və bir neçə digər OPEC üzvündən neft hasilatını gündəlik təxminən 1 milyon barel artırmağı xahiş edib.