Səudiyyə Ərəbistanı husilərin raketini göydə partlatdı

Səudiyyə Ərəbistanın Hərbi Hava Qüvvələri paytaxt Ər-Riyada atılan raketi havada zərərsizləşdiriblər.

Yenicag.az xəbər verir ki, raketin Yəməndən Husilər tərəfindən atıldığı bildirilir.

Yerli mətbuatın yaydığı məlumata görə, raketin paytaxtın şimal-şərq hissəsinə düşməsinin qarşısı alınıb.

Qeyd edək ki, ölkənin Xarici İşlər Nazirliyi də məlumat yayaraq faktl təsdiqləyib.