Səudiyyə Ərəbistanı ilə investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə görüşüblər.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Videokonfrans formatında keçirilən görüşdə energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi, “yaşıl” enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyət nəzərdən keçirilib.

Görüşdə enerji keçidi dövründə səmərəliliyin artırılması, ölkələrimiz arasında birgə layihələrin dəstəklənməsi və investisiya əməkdaşlığının genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

COP29