!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı: “İran bizi “Ya Əli” raketləri ilə vurdu” - FOTOLAR

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı neft emalı zavodlarının vurulmasında rəsmən İranı günahlandırıb və atılan raketlərin qalıqlarını sərgiləyib.

Yenicag.az bildirir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyində təşkil olunmuş mətbuat konfransında ölkəyə qarşı son hücumlara görə İranın məsuliyyət daşıdığı bildirilib.

Konfransda İran istehsalı olduğu və neft şirkətlərinə hücumlarda istifadə edildiyi bildirilən raketlərin hissələri sərgilənib.

Nazirliyinin sözçüsü Türki əl-Malikinin açıqlamasına görə, hücumlarda İran İnqilab Keşikçiləri Korpusu tərəfindən 25 ədəd pilotsuz uçuş aparatları və “Ya Əli” raketlərindən istifadə olunub:

“Hücum sistemli şəkildə təşkil edilib və mülki infrastrukturu sıradan çıxarmaq məqsədi daşıyıb”.

Firuzə Alimova

www.yenicag.az

4370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv