Səudiyyə Ərəbistanı qarışdı – Nazirlər, yüksək rütbəli şəxslər həbs olundu

Səudiyyə Ərəbistanında Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulması barədə sanksiya verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl Ərəbiya” telekanalı məlumat yayıb. Lakin təfərrüatlar açıqlanmayıb.

Xarici mətbuatın yaydığı digər məlumatlara görə, son həbslər nəticəsində hökumətdə və silahlı qüvvələrdə böyük dəyişikliklər baş verib. Belə ki, əvvəlki nazirləri vəzifəsindən azad edən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səud onları yeniləri ilə ilə əvəz edib. Həmçinin silahlı qüvvələrdə də yüksək rütbəli zabitlərlə bağlı istefalar və yeni təyinatlar gerçəkləşib.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə şənbə günü kral Salman bin Əbdül Əziz Əl Səudun fərmanı ilə yaradılıb. Məhz bu qurumun həyata keçirdiyi əməliyyatlar səbəbindən ölkədən qaçmağa çalışan sabiq və indiki yüksək vəzifəli şəxslərin, imkanlı iş adamlarının qarşısını almaq üçün bütün güc strukturları ayağa qaldırılıb.

Bir neçə saat öncə Ər-Riyada Yəməndən ballistik raket hücumu da həyata keçirilib. Lakin Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri bu hücumun qarşısını vaxtında ala, raketi havadaca məhv edə bilib. Əhali arasında zərərçəkənin olmadığı bildirilir. Eyni vaxtda ölkə rəhbərliyinin həyata keçirdiyi həbs dalğası da bütün dünyanın diqqətinin Ər-Riyada yönəlməsi ilə nəticələnib.

COP29