!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı-Rusiya rəqabəti – Qazanan Avropa olacaq

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı Avropa bazarı üçün neftin qiymətini aşağı salıb.

Yeniçağ.az “Bloomberg”ə istinadən xəbər verir ki, dünyanın ən böyük neft ixracatçılarından olan “Saudi Aramco” şirkəti xam neftin qiymətini ucuzlaşdırıb.

“Avropa bazarında neft təlabatı hazırda çox artır. Odur ki, Səudiyyə Ərəbistanı üçün bir neçə Rusiya barelini bazardan çıxartmaq vacib olacaq”, – deyə “Emirates NBD”nin xammal malları üzrə analitiki Edvard Bell bildirib.
“Saudi Aramco” dövlət neft şirkəti Şimal Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün bütün neft markaları üzrə, Asiya bazarı üçün bir neçə növ üzrə qiymətləri rəsmi olaraq aşağı salıb. Bu zaman şirkət ABŞ alıcıları üçün qiymətləri bahalaşdırıb.

Qeyd edək ki, qiymətlərdə ucuzlaşma 30-45 sent aralığında dəyişəcək. Yeni qiymət cədvəli may ayından etibarən həyata keçirilən neft tədarükü üçün aktual olacaq.

Yeniçağ.az

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv