Səudiyyə Ərəbistanı şahzadəsi intihar etdi – VİDEO

Səudiyyə Ərəbistanı şahzadəsi Bandar bin Xalid Əbdüləziz hava limanında intihar edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, o, London Beynəlxalq Hava limanında özünü eyvandan atıb. Ərəb mediasında yer alan xəbərlərə görə, şahzadənin ingiltərəli rəsmilər tərəfindən deportasiyası istənirdi.

Qeyd edilir ki, daha öncə şahzadəyə ölkəsinə dönmək üçün Səudiyyə səlahiyyətliləri tərəfindən çağırış edilib, lakin o bunu rədd edib.