Səudiyyə Ərəbistanı səfirliyi baş verən qalmaqala görə ravvin Abraham Kuperdən üzr istəyib.
Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanının ABŞ-dəki səfirliyi Ər-Riyad yaxınlığındakı Diriyahda baş verən hadisəyə görə ravvin Abraham Kuperdən üzr istəyib.
Xatırladaq ki, martın 5-də Amerika nümayəndə heyətinin sədri ravvin Kuperdən Diriyah şəhərində yerləşən YUNESKO-nun mədəni irs obyektini ziyarət zamanı ondan kipasını çıxarması tələb olunub.
Kuper bundan imtina edib. Bundan sonra ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) Səudiyyə Ərəbistanına səfərini vaxtından əvvəl başa vurub.
Xuraman Etibarlı